Loading...

’’Abdullaoğlunun nəsri güclüdür, hər obraz öz unikal səsi ilə parlayır.’’ BookLife Prize ’’Kitab gözəl şəkildə, müdriklik və fəhmlə qələmə alınıb...’’ Readers' Favorite ’’...təfərrüat və atmosferi heyrətamiz dəqiqliklə hiss edərək yazır...’ IndieReader
  1. "QƏDİM QALA" NƏŞRİYYATININ YARADILMASI

    “Qədim Qala” nəşriyyatı 2011-ci il avqustun 1-də fəaliyyətə başlayıb. Fəaliyyətinin ilk illərində yerli yazıçıların kitablarının nəşri ilə məşğul olan nəşriyyat hal-hazırda müəlliflərimizin kitablarının xaricdə nəşr edilməsi, həmçinin xarici müəlliflərin kitablarının ölkəmizdə nəşr edilməsi sahəsində böyük uğur qazanıb. Daha çox müxtəlif mükafatlar qazanmış, bestseller kitabların nəşri ilə tanınır. Azərbaycanda “milli bestseller” anlayışının formalaşması da “Qədim Qala” nəşriyyatının adı ilə bağlıdır.

  2. Bestseller müəllif

    Rövşən Abdullaoğlunun ilk psixoloji romanı “Bu şəhərdə kimsə yoxdur” 2016-cı ildən etibarən ölkənin ən çox satılan kitabı olmuşdur. Bu kitab, ardıcıl olaraq növbəti iki il ərzində də ölkənin ən çox satılan əsəri statusunu qorumuş və 2024-cü ilə qədər 25 dəfədən çox təkrar nəşr edilmişdir.

  3. Səhiyyənin dostu

    Peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə tanınmış xəstəxanalardan olan “EGE hospital”ın təltif və mükafatlandırma komissiyasının tərtib etdiyi “Səhiyyənin dostu” adlı mükafat ölkədə ilk dəfə Rövşən Abdullaoğluna təqdim olunub, yazıçıya göstəriləcək ömürlük müayinə, ambulator və poliklinik xidmətləri xəstəxana öz öhdəsinə götürüb.

  4. Relslər üzərinə uzanmış adam

    Müəllifin ölkədə bestseller olmuş ikinci “Relslər üzərinə uzanmış adam” romanı 2020-ci ildə ABŞ-nın “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.

    “Kirkus” ədəbi qurumu da bu roman haqqında yüksək rəy yazaraq öz dərgisinin 1 iyul 2020-ci il tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc edib.

  5. ÖZÜNÜ KƏŞF ET VƏ TEDx

    Müəllif 2022-ci ilin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində “ÖZÜNÜ KƏŞF ET – təhsil göstəricilərini yüksəltməyə xidmət edən psixoloji inkişaf proqramı” ilə qalib olub. Layihənin şərtlərinə uyğun psixoloji vəsait qələmə alıb və bu vəsaiti 10-11-ci siniflərdə tədris edəcək müəllimlərə xüsusi metodik təlimat keçib.

    Eləcədə Britaniya Kollecinin təşkilatçılığı ilə keçirilən TEDx layihəsində “Seçimlərimizi idarə edən psixoloji tələlər” mövzusunda çıxış edib.

  6. fəxri yazar

    2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı seçilib.

    Yazıçının “Bu şəhərdə kimsə yoxdur” əsəri əsasında eyniadlı teleserialın çəkilişlərinə başlanıb.

RÖVŞƏN
ABDULLAOĞLU

O Azərbaycanda bestseller müəllif olaraq tanınır, 32 kitabı işıq üzü görüb. Əsərləri ingilis, rus, türk, ərəb, özbək dillərinə tərcümə olunub, 6 ölkədə çap olunub. R.Abdullaoğlu “PEN America” yazıçılar birliyinin üzvü, “Qədim Qala” nəşriyyatının təsisçisi və elmi heyətinin rəhbəri, həmçinin fəlsəfi-psixoloji mövzularda fəal təlimçidir.

Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub və bu gün də populyarlığını qorumaqdadır. 2020-ci ildə ölkədə bestseller statusu qazanan “Relslər üzərinə uzanmış adam” romanı ABŞ-nin “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. “Mən yeməli deyiləm” romanı isə 2024-cü ildə “Erik Hoffer” kitab mükafatının finalçısı olmaqla yanaşı, “Readers’ Favorite” beşulduzlu fərqlənmə nişanını da alıb.

Müəllif ictimai fəaliyyəti ilə də tanınır. O, məktəb və universitetlərdə, dövlət qurumlarında psixoloji mövzularda seminarlar keçirir, fəlsəfə dərsləri deyir, televiziya və radio proqramlarında çıxış edir.

2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarlarından biri seçilib. Rövşən Abdullaoğlu həm də bir sıra xeyriyyə layihələrinin təşkilatçısı və iştirakçısıdır.

BESTSELLER

KİTABLAR