“Gadim Gala Studios” Rövşən Abdullaoğlunun ölkədə bestseller olan “Bu şəhərdə kimsə yoxdur” kitabı əsasında çəkilmiş serialın baş sponsorlarından biri olub. Layihə ölkənin tanınmış rejissor və aktyorlarının iştirakı ilə həyata keçirilib və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.