Loading...

“Koramal” audiokitabının təqdimatı keçirilib

Rövşən Abdullaoğlunun “Koramal” kitabı da kifayət qədər oxucu kütləsinə sahibdir. Romanın “Audiokitab” mobil tətbiqində səsləndirilməsi, həmçinin 3-cü dəfə təkrar nəşrə hazırlanması əsərin oxucu rəğbətini qazandığını göstərir.

“Holiday Inn Hotel”də keçirilən təqdimat mərasimi zamanı oxucuların suallarına cavab verən Rövşən Abdullaoğlu deyib:

“Bədii ədəbiyyatın təsir gücü daha çoxdur. Tanrının özü belə ədəbiyyatın gücünə müraciət edir. Quranı araşdırsanız, görərsiniz ki, bu möcüzəvi kitab özündə ədəbiyyatın bütün janrlarını birləşdirir. Ona görə həqiqəti çatdırmaq üçün ədəbiyyatdan mütləq istifadə etməliyik …”

“Tarix səni keçmişə aparıb həqiqətləri göstərir”, – deyən müəllifin seçdiyi hər mövzu, həqiqətən də, qızğın müzakirələrə təkan verir. Bu baxımdan yeni layihənin ədəbi çevrədə böyük rezonans doğuracağı şübhəsizdir.

Rövşən Abdullaoğlunun fikrincə, audiokitablar kağız kitabları sürətlə əvəzləyəcək. Gələcəyə hazır olmaq üçün “Audiokitab” mobil tətbiqinin xidmətləri layiqincə dəyərləndirilməlidir.

Oxuculardan birinin “Niyə məhz “Koramal” sualına Rövşən Abdullaoğlunun cavabı belə oldu:

“Koramal” sözü iki mənaya gəlir: təbiətdə olan aldadıcı simalı canlı varlıq və batil hədəflər. Biz bəzən gedəcəyimiz yolu yanlış seçirik. Bəzən yaxşılıq etmək istəyəndə fərqinə varmadan qarşı tərəfə pislik etmiş oluruq. “Koramal”da çatdırmaq istədiyim əsas fikir də elə budur”.

Təqdimatdan dərhal sonra “Koramal” kitabı Auduiokitab Mobil tətbiqinə yüklənib. Tətbiqə daxil olaraq Rövşən Abdullaoğlunun digər kitablarını da dinləyə, əsərlərindəki ideyalarla tanış ola bilərsiniz.

MARAQLI

OXŞAR MƏQALƏLƏR