Azərbaycana dəvət olunan peşəkar ədəbi agent, “Kalem” ədəbi agentliyinin qurucusu və rəhbəri Nərmin Mollaoğlunun qədim Gəncə şəhərinə səfəri təşkil olunub. Səfər zamanı Nərmin xanım Gəncənin tarixi və mənzərəli məkanları, mədəni irsi ilə tanış olub. Gəncə Filarmoniyasında keçirilən II Gəncə Kitab Sərgisini də ziyarət edən qonaq ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi ilə görüşlər keçirib.